“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən törəməsi (“ABB-Moskva”) bu ilin I yarısını 246,373 milyon rubl (6,652 milyon manat) xalis mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 38,7% çoxdur.
Eləcə də bax: Beynəlxalq Bank ilə Sberbank arasında borc məsələsi - HƏLL EDİLİB
6 ay ərzində “ABB-Moskva”nın faiz gəlirləri 66,637 milyon rubl (1,799 milyon manat, illik müqayisədə 74,3% az), faiz xərcləri 93,947 milyon rubl (2,537 milyon manat, 61,85% az), qeyri-faiz zərəri 435,553 milyon rubl (11,76 milyon manat, 1 il bundan əvvəl qeyri-faiz gəlirləri olub), qeyri-faiz xərcləri 182,703 milyon rubl (4,933 milyon manat, 34% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 836,06 milyon rubl (22,574 milyon manat, 1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 55,879 milyon rubl (1,509 milyon manat, 1 il bundan əvvəl mənfəət vergisi ödəyib) təşkil edib.
Bu il iyulun 1-nə “ABB Moskva”nın aktivləri 6 768,462 milyon rubl (182,748 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 5,5% çoxdur. Bunun cəmi 138,921 milyon rublu (3,751 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,9% böyüyüb.
Hesabat dövründə “ABB-Moskva”nın öhdəlikləri 4% artaraq 2 855,636 milyon rubla (77,102 milyon manat), o cümlədən depozit portfeli 3,4 dəfə artaraq 809,844 milyon rubla (21,866 milyon manat), balans kapitalı isə 6,7% artaraq 3 912,826 milyon rubla (105,646 milyon manat) çatıb.
Xatırladaq ki, “ABB-Moskva” 2002-ci idən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 124,906 milyon rubldur (111,372 milyon manat).
1 rubl = 0,027 manat
Report