Bu ilin sentyabr ayının 1-nə Azərbaycan banklarının qeyri-faiz gəlirləri 1 milyard 93,6 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 232,7 milyon manat (27%) , aylıq müqayisə ilə 154,6 milyon manat (16,5%) çoxdur.
Bu ilin avqust ayının birinə bankların qeyri-faiz gəlirləri 939 milyon manat, sentyabr 1-nə isə 860,1 milyon manat təşkil edib.