Bu ilin sentyabr ayının 1-nə Azərbaycan banklarının depozitlər üzrə faiz xərcləri 570,4 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 175,2 milyon manat (44,3%) , aylıq müqayisə ilə 82,8 milyon manat (17%) çoxdur.
Bu ilin avqust ayının birinə bankların depozitlər üzrə faiz xərcləri 395,2 milyon manat, sentyabr 1-nə isə 487,2 milyon manat təşkil edib.