2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının öhdəlikləri 40 milyard 233 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 002 milyon manat və ya 2,6% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə bankların öhdəlikləri 39 milyon 230,7 min manat həcmində olub.
Öhdəliklərin 14 927,9 milyon manatını xarici valyutada olan vəsaitlər təşkil edib. Bu vəsaitlər də illik müqayisədə 2 384,1 milyon manat (13,8%) azalıb.
Belə ki, ötən ilin eyni dövründə xarici valyutada olan vəsaitlərin həcmi 17 312 milyon manat təşkil edib.