2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kredit portfeli 22 281,9 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 124,7 milyon manat və ya 16,3% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının kredit portfeli 19 157,2 milyon manat olub.