2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının kapitalı 5 milyard 913,6 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 483 milyon manat və ya 8,9% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə bankların kapitalı 5 milyard 430 milyon manat həcmində olub.