Bu ilin sentyabr ayının 1-nə Azərbaycan banklarının əməliyyat mənfəəti 1 milyard 148,2 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 84,2 milyon manat (7,9%) , aylıq müqayisə ilə 132,2 milyon manat (13%) çoxdur.
Bu ilin avqust ayının birinə bankların əməliyyat mənfəəti 1 milyard 16 milyon manat, sentyabr 1-nə isə 1 milyard 64 milyon manat təşkil edib.