Azərbaycan banklarının xarici öhdəlikləri bu il avqustun 1-nə 1 471,2 milyon manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 29,4 milyon manat və yaxud 1,96% azdır.
Eləcə də bax: Bank 28 qəpiyə görə müştəriyə - ZƏNG ETMƏLİDİRMİ? – AÇIQLAMA
Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 356,9 milyon manat və yaxud 19,5%, son 1 ildə isə 413,1 milyon manat və yaxud 21,9% azalıb.
Bankların manatla olan depozitləri iyulun 1-i ilə müqayisədə 1,5% artaraq bu il avqustun 1-nə 7555,4 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 7,6%, son 1 ildə isə 27% çoxdur.
Xarici valyutada olan depozitləri isə bir ay ərzində 0,1% artaraq bu il avqustun 1-nə 9455,7 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 0,6%, son 1 ildə isə 0,9% çoxdur.
Bankların məcmu xarici aktivləri iyulun 1-i ilə müqayisədə 2,9% azalaraq 6 291,9 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 6,5%, son 1 ildə isə 8,5% çoxdur.
Bankların xalis xarici aktivləri 4 495,9 milyon manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 4,7% azdır, amma ilin əvvəlinə nisbətən 14,9%, son 1 ildə isə 16,9% çoxdur.
REPORT