Cari ilin oktyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 20 621,8 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 1 645,4 milyon manat və ya 7,4% azdır. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 22 267,2 milyon manat olub.
İlin əvvəli ilə müqayisədə 5 246,3 milyon manatlıq (20,3%) azalma olub. Cari ilin əvvəlində xalis xarici aktivlər 25 868,1 milyon manat təşkil edib.
Aylıq müqayisədə isə 504,7 milyon manat, 2,4%-lik azalma qeydə alınıb. Sentyabr ayının 1-nə olan xalis xarici aktivlər 21 126,5 milyon manat təşkil edib.