2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının xalis kredit portfeli 20 987,3 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 996,9 milyon manat və ya 16,7% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə xalis kredit portfeli 17 790,4, milyon manat həcmində olub.
Xalis kreditlərin 4 113,8 milyon manatını xarici valyutada olan vəsaitlər təşkil edib. Bu vəsaitlər də illik müqayisədə 19 milyon manat (0,5%) artıb.
Belə ki, ötən ilin eyni dövründə xarici valyutada olan vəsaitlərin həcmi 4 094,8 milyon manat təşkil edib.