2023-cü ilin 9 ayında Azərbaycan banklarının nağd vəsaitləri 2 017,4 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 106 milyon manat və ya 5,6% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin 9 ayında nağd vəsaitlərin həcmi 1 911,2 milyon manat olub.
Nağd vəsaitlərin 601,4 milyon manatını xarici valyutada olan vəsaitlər təşkil edib. Bu vəsaitlər də illik müqayisədə 54 milyon manat (9,9%) artıb.
Belə ki, xarici valyutada olan vəsaitlərin həcmi 547,3 milyon manat təşkil edib.