Qarabağ Dirçəliş Fondu və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda Şuşada işgüzar görüş keçirilib.
Eləcə də bax: Banklar Qarabağa qayıdan şəxslərə və şirkətlərə - GÜZƏŞT EDƏCƏK
FED.az xəbər verir ki, görüşdə ölkədə fəaliyyət göstərən 22 bankın rəhbəri iştirak edib və kredit təşkilatlarının şəhərin gələcək inkişafında oynaya biləcəkləri rol, müxtəlif layihələrə verəcəkləri dəstək müzakirə olunub.
Görüşdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin sədri Məftun Abbasov və Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev də iştirak ediblər.
Bu görüş ilkin danışıqlar üçün nəzərdə tutulduğundan hər hansı bir saziş imzalanmayıb. Bank rəsmiləri fiirlərini bildirib və qərara alınıb ki, belə görüşlər mütəmadi təşkil edilsin. (Report)