Azərbaycan banklarının idarə heyətlərində kimlər xaricdə təhsil alıb?
Bank ciddi bir qrumdur və adətən bankda çalışmaq istəyənlər əsaslı ali təhsilə sahib olmalıdır.
Son dövrlərin ən yaxşı trendlərindən biri də bankirlərin öz üzərində işləməsi, öz təcrübələri ilə yanaşı beynəlxalq təcrübəni də öyrənməsidir.
Eləcə də bax: Bank ixtisar etdiyi işçilərini – BAŞQA BANKLARA TƏKLİF EDİR - YENİLİK
Bundan ötrü bir çox bankir ölkə daxilində və xaricdə MBA (Biznesin idarə edilməsi üzrə magistr) kursları oxuyur ki, işlərini təmami ilə tərk etmədən öz biliklərini artırsınlar.
FED.az bu dəfə Azərbaycan banklarının idarə heyəti üzvləri arasında xaricdə təhsil alanları araşdırıb.
Eləcə də bax: Azərbaycan banklarının dollar əmanətləri üzrə faizləri – SİYAHI - FAİZLƏR
Məlum olub ki, yerli bankirlər arasında ən çox məşhur olan xarici təhsil qurumu “London Business School” (London Biznes Məktəbi) və “Warwick Business School”-dur.
Eləcə də bax: Azərbaycan banklarının manat əmanətləri üzrə faizləri – SİYAHI - FAİZLƏR
Həmçinin xarici kapitallı banklarda xaricdə təhsil alanların sayı daha çoxdur.
Bu cədvəldə isə hər bir bankda idarə heyətinin tərkibinin neçə faizinin xaricdə təhsil aldığını görə bilərsiniz.