2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 317,2 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 121 milyon manat və ya 61,7% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının qiymətli kağızları üzrə faiz gəlirləri 196,2 milyon manat olub.