2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 903,1 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 305,8 milyon manat və ya 19,1% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 597,3 milyon manat olub.