2025-ci ilin iyunun 1-nə bankların müştərilərə verdiyi kreditlərin ümumi həcmi (ehtiyatlar çıxılmadan) 28 milyard 386.5 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü (25 milyard 158.2 milyon manat) ilə müqayisədə 3 milyard 228.3 milyon manat və ya 12.8% artıb
Maraqlıdır ki, ümumi artım fonunda kredit portfelinin xarici valyutada olan hissəsi 404.6 milyon manat (8.8%) azalaraq 4 milyard 607.6 milyon manatdan 4 milyard 203.0 milyon manata düşüb.
Hesabat ayında bankların kredit portfeli aylıq 1% və ya 290 mln. manat artıb. Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.2% (15,100 mln. manat);
ıı) istehlak kreditləri – 31.3% (8,881.9 mln. manat)
ə ııı) ipoteka kreditləri – 15.5% (4,404.6 mln. manat)