2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının qeyri-faiz xərcləri 1milyard 859 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 milyon manat və ya 24% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə Azərbaycan banklarının qeyri-faiz xərcləri 1milyard 496 milyon manat olub.