2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının qeyri-faiz gəlirləri 988,5 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 118,6 milyon manat və ya 13,6% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının qeyri-faiz gəlirləri 869.9 milyon manat olub.