2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kapitalı 5 991 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 646,3 milyon manat və ya 12,1% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə kapital 5 345,1 milyon manat həcmində olub.