2023-cü ilin 8 ayında qeyri-faiz gəlirləri 860,9 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 98,6 milyon manat və ya 12,9% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin 8 ayında qeyri-faiz gəlirləri 762,3 milyon manat olub.