2025-ci ildə bankların ipoteka portfelində müsbət dinamika qeydə alınıb. Problemli ipoteka kreditlərinin həcmi 29,1 milyon manata enib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, illik müqayisədə 4,9 milyon manat və ya 14,4% azalma deməkdir.
İpoteka portfelinin keyfiyyəti də yaxşılaşıb və problemli kreditlərin payı 0,8%-dən 0,6%-ə enərək 0,2 faiz bəndi azalıb.
Xatırladaq ki, əvvəlki ilin sonunda problemli ipoteka kreditləri 34 milyon manat idi.
Qeyd edək ki, Azərbaycan banklarının ipoteka kreditləri portfeli 4 milyard 602,5 milyon manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 357 milyon manat və ya 8,4% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə bankların ipoteka kreditləri portfeli 4 milyard 245,5 milyon manat idi.












