2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının orta sahibkarlıq subyektləri üzrə kredit portfeli 2 314 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ayı ilə müqayisədə 211 milyon manat və ya 8,4% azdır.
Qeyd edək ki, 2023-cü ilin oktyabrın 1-nə bankların orta sahibkarlıq subyektləri üzrə kredit portfeli 2 525,9 milyon manat həcmində olub.