2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının kiçik sahibkarlıq subyektləri üzrə kredit portfeli 1 681,4 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ayı ilə müqayisədə 46 milyon manat və ya 2,7% azdır.
Qeyd edək ki, 2023-cü ilin oktyabrın 1-nə bankların kiçik sahibkarlıq subyektləri üzrə kredit portfeli 1 727,4 milyon manat həcmində olub.