Bu ilin iyunun 1-nə Azərbaycan bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edib– cəmi öhdəliklərin 81.4%-i və ya 34,835.2 mln. manat.
FED.az xəbər Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verir ki, depozit portfelinin 61.5%-i (21,435.7 mln. manat) hüquqi şəxslərin, 38.5%-i (13,399.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 56.9%-i (7,625.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 64.8%-i (8,684.6 mln. manat) milli valyutada, 35.2%-i (4,714.9 mln. manat) xarici valyutadadır.
Hüquqi şəxslərin tələbli depozitləri 16,301.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.1%-ni təşkil edib
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.3 faiz bəndi azalaraq 34.7% olub.