2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının öhdəlikləri 39 539,1 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 250,8 milyon manat və ya 3,3% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə öhdəliklər 38 288,3 milyon manat həcmində olub.
Öhdəliklərin 14 262,2 milyon manatını xarici valyutada olan vəsaitlər təşkil edib. Bu vəsaitlər də illik müqayisədə 2 953,2 milyon manat (17,2%) azalıb.
Belə ki, ötən ilin eyni dövründə xarici valyutada olan vəsaitlərin həcmi 17 215,4 milyon manat təşkil edib.