"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyində ödəniş kartları ilə aparılan əməliyyatlarda tətbiq edilən interçeync xidmət haqları, ölkədaxili “card-to-card” tipli ödəniş əməliyyatları üzrə yaranan mübahisəli halların həlli və digər cari layihələr müzakirə edilib.
Son bir ayda ödəniş kartlarının sayı - 20 FAİZ ARTIB
FED.az bu barədə ABA-ya istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə Assosiasiyanın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” platforması vasitəsilə növbəti onlayn iclası keçirilib.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür. (Report)