2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının mikro sahibkarlıq subyektləri üzrə kredit portfeli 2 528,7 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ayı ilə müqayisədə 115 milyon manat və ya 4,8% çoxdur.
Qeyd edək ki, 2023-cü ilin oktyabrın 1-nə bankların biznes kredit portfeli 2 413,7 milyon manat həcmində olub.