2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 12 246,4 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 333,7 milyon manat və ya 12,2% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə bankların biznes kredit portfeli 10 912,7 milyon manat həcmində olub.