2023-cü ilin 9 ayında Azərbaycan banklarının Mərkəzi Bankda müxbir hesabları 3 182,4 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 844 milyon manat və ya 21% azdır.
Qeyd edək ki, 2022-ci ilin 9 ayında Mərkəzi Bankda müxbir hesabları 4 026,2 milyon manat həcmində olub.
Bu hesabların 1 497,4 milyon manatını xarici valyutada olan vəsaitlər təşkil edib. Bu vəsaitlər də illik müqayisədə 38 milyon manat (2,5%) artıb.
Belə ki, ötən ilin eyni dövründə xarici valyutada olan vəsaitlərin həcmi 1 535,4 milyon manat təşkil edib.