2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının kredit portfeli 26 milyard 75,6 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 380,9 milyon manat (1,5%), ötən ilin sonu ilə müqayisədə 2 milyard 892,6 milyon manat (12,5%), illik müqayisədə 4 milyard 261,4 milyon manat (19,5%) böyüyüb.
Qeyd edək ki, kredit portfeli bu ilin avqustun 1-nə 25 milyard 694,7 milyon manatın, yanvarın 1-nə 23 milyard 183 milyon manat, ötən ilin eyni dövrünə 21 milyard 814,2 milyon manat təşkil edib.