Bank sektorunda kreditləşmənin əsas mənbəyi olan istehlak kreditləri portfeli noyabrın 1-nə 9 milyard 232,4 milyon manata yüksəlib.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 954,6 milyon manat və ya 11,5% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə əhaliyə verilən istehlak kreditlərinin həcmi 8 milyard 277,8 milyon manat idi.
Artım bütün müqayisə dövrlərində davamlı olub. Ötən ilin sonu (8 mlrd. 445 mln. manat) ilə müqayisədə portfel 787,4 milyon manat (9,3%) böyüyüb. Təkcə son bir ayda isə 48,9 milyon manat (0,5%) artım qeydə alınıb.
Xatırladaq ki, istehlak kreditləri portfeli bu ilin oktyabrın 1-nə 9 milyard 183,5 milyon manat, ötən ilin sonunda 8 milyard 445 milyon manat, ötən ilin eyni dövründə isə 8 milyard 277,8 milyon manat idi.










