Azərbaycanın kredit portfelinin əsas hissəsini təşkil edən biznes kreditlərinin həcmi noyabrın 1-nə 15 milyard 623,4 milyon manata çatıb.
Azərbaycanın kredit portfeli 29,4 milyardı ötdü - BİR İLDƏ 2,3 MİLYARD MANATLIQ BÖYÜMƏ
FED.az Mərkəzi Bankın hesabatına istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 995,3 milyon manat və ya 6,8% artım deməkdir.
Ötən ilin eyni dövründə bankların biznes kreditləri portfeli 14 milyard 628,1 milyon manat təşkil edirdi.
Müqayisə üçün qeyd edək ki, biznes kreditləri portfeli bu ilin oktyabrın 1-nə 15 milyard 544,6 milyon manat, ötən ilin sonunda 14 milyard 787,2 milyon manat, ötən ilin eyni dövründə isə 14 milyard 628,1 milyon manat təşkil edirdi.












