2024-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 8 milyard 152,8 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İstehlak kredit portfeli aylıq müqayisədə 174 milyon manat (2,2%), ötən ilin sonu ilə müqayisədə 1 milyard 215,8 milyon manat (17,5%), illik müqayisədə 1 milyard 472,7 milyon manat (22%) böyüyüb.
Qeyd edək ki, istehlak kredit portfeli bu ilin sentyabrın 1-nə 7 milyard 978,8 milyon manat, yanvarın 1-nə 6 milyard 937 milyon manat, ötən ilin eyni dövrünə 6 milyard 680,1 milyon manat təşkil edib.