2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 13 milyard 999,8 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 89,7 milyon manat (0,6%), ötən ilin sonu ilə müqayisədə 1 milyard 86,9 milyon manat (8,4%), illik müqayisədə 2 milyard 178 milyon manat (18,4%) böyüyüb.
Qeyd edək ki, biznes kredit portfeli bu ilin avqustun 1-nə 13 milyard 910,1 milyon manatın, yanvarın 1-nə 12 milyard 912,9 milyon manat, ötən ilin eyni dövrünə 11 milyard 821,8 milyon manat təşkil edib.