2024-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 8 milyard 227,8 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İstehlak kredit portfeli aylıq müqayisədə 75 milyon manat (0,9%), ötən ilin sonu ilə müqayisədə 1 milyard 290,8 milyon manat (18,6%), illik müqayisədə 1 milyard 476,5 milyon manat (21,9%) böyüyüb.
Qeyd edək ki, istehlak kredit portfeli bu ilin oktyabrın 1-nə 8 milyard 152,8 milyon manat, yanvarın 1-nə 6 milyard 937 milyon manat, ötən ilin eyni dövrünə 6 milyard 751,3 milyon manat təşkil edib.