2024-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 14 milyard 628,1 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Biznes kredit portfeli aylıq müqayisədə 220,2 milyon manat (1,5%), ötən ilin sonu ilə müqayisədə 2 milyard 11,3 milyon manat (15,9%), illik müqayisədə 2 milyard 381,7 milyon manat (19,4%) böyüyüb.
Qeyd edək ki, biznes kredit portfeli bu ilin oktyabrın 1-nə 14 milyard 407,9 milyon manat, yanvarın 1-nə 12 milyard 616,8 milyon manat, ötən ilin eyni dövrünə 12 milyard 246,7 milyon manat təşkil edib.