2024-cü ilin iyulun 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 7 milyard 633,8 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İstehlak kredit portfeli aylıq müqayisədə 153,6 milyon manat (2,1%), ötən ilin sonu ilə müqayisədə 696,8 milyon manat (10%), illik müqayisədə 1 milyard 309,1 milyon manat (20,7%) böyüyüb.
Qeyd edək ki, biznes kredit portfeli bu ilin iyunun 1-nə 13 milyard 784,7 milyon manatın, yanvarın 1-nə 12 milyard 616,8 milyon manat, ötən ilin eyni dövrünə 11 milyard 650,5 milyon manat təşkil edib.