2024-cü ilin iyulun 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 13 milyard 874,8 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 90,1 milyon manat (0,7%), ötən ilin sonu ilə müqayisədə 1 milyard 258 milyon manat (10%), illik müqayisədə 2 milyard 224,3 milyon manat (19,1%) böyüyüb.
Qeyd edək ki, biznes kredit portfeli bu ilin iyunun 1-nə 13 milyard 784,7 milyon manatın, yanvarın 1-nə 12 milyard 616,8 milyon manat, ötən ilin eyni dövrünə 11 milyard 650,5 milyon manat təşkil edib.