2025-ci ildə Azərbaycan banklarının istehlak kreditləri portfeli 9 milyard 354,2 milyon manata çatıb
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 909,2 milyon manat və ya 10,8% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə bankların istehlak kreditləri portfeli 8 milyard 445 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir. Ötən ilin sonu (8 milyard 445 milyon manat) ilə müqayisədə artım 909,2 milyon manat (10,8%) təşkil edib. Aylıq müqayisədə isə portfel 35,4 milyon manat (0,4%) böyüyüb.
Xatırladaq ki, bankların istehlak kreditləri portfeli ötən ilin dekabrın 1-nə 9 milyard 318,8 milyon manat, 2024-cü ilin sonunda 8 milyard 445 milyon manat təşkil edirdi.












