Azərbaycanın bank sektorunda ipoteka kreditləri portfeli noyabrın 1-nə 4 milyard 548 milyon manat təşkil edib.
FED.az-ın Mərkəzi Bankın statistikasına əsasən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 373,4 milyon manat və ya 9% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə ipoteka portfelinin həcmi 4 milyard 174,6 milyon manat səviyyəsində idi.
Portfelin artımı ilin əvvəlindən davam etsə də, aylıq dinamika demək olar ki, dayanıb. Ötən ilin sonuna (4 mlrd. 245,5 mln. manat) nəzərən artım 302,5 milyon manat (7,1%) təşkil etsə də, son bir ayda portfel cəmi 0,2 milyon manat azalıb.
Xatırladaq ki, ipoteka kreditləri portfeli bu ilin oktyabrın 1-nə 4 milyard 548,2 milyon manat, ötən ilin sonunda 4 milyard 245,5 milyon manat, ötən ilin eyni dövründə isə 4 milyard 174,6 milyon manat səviyyəsində idi.










