2025-ci ilin aprelin 1-nə Azərbaycan banklarının cəmi kredit portfeli 27 milyard 877,1 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 284,7 milyon manat (1,0%), ötən ilin sonu ilə müqayisədə 399,4 milyon manat (1,5%), illik müqayisədə 3 milyard 774,5 milyon manat (20,6%) böyüyüb.
Qeyd edək ki, cəmi kredit portfeli bu ilin martın 1-nə 27 milyard 592,4 milyon manatın, yanvarın 1-nə 27 milyard 477,7 milyon manat, ötən ilin eyni dövrünə 24 milyard 102,6 milyon manat təşkil edib.