2024-cü ilin iyulun 1-nə Azərbaycan banklarının ipoteka kredit portfeli 3 milyard 920,8 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İpoteka kredit portfeli aylıq müqayisədə 27,5 milyon manat (0,7%), ötən ilin sonu ilə müqayisədə 291,6 milyon manat (8%), illik müqayisədə 599,1 milyon manat (18,1%) böyüyüb.
Qeyd edək ki, ipoteka kredit portfeli bu ilin iyunun 1-nə 3 milyard 893,3 milyon manat, yanvarın 1-nə 3 milyard 629,2 milyon manat, ötən ilin eyni dövrünə 3 milyard 321 milyon manat təşkil edib.