2025-ci ilin fevralın 1-nə Azərbaycan banklarının cəmi istehlak kredit portfeli 8 milyard 551,7 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İstehlak kredit portfeli aylıq müqayisədə 106,7 milyon manat (1,3%), illik müqayisədə 1 milyard 543,7 milyon manat (22%) böyüyüb.
Qeyd edək ki, ümumi istehlak kredit portfeli 2025-ci ilin yanvarın 1-nə 8 milyard 445 milyon manatın, ötən ilin eyni dövrünə 7 milyard 8 milyon manat təşkil edib.