2025-ci ilin mayın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 4 milyard 396,2 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 57,7 milyon manat (1,3%), ötən ilin sonu ilə müqayisədə 150,7 milyon manat (3,5%), illik müqayisədə 555,1 milyon manat (14,5%) böyüyüb.
Qeyd edək ki, biznes kredit portfeli bu ilin aprelin 1-nə 4 milyard 338,5 milyon manat, yanvarın 1-nə 4 milyard 245,5 milyon manat, ötən ilin eyni dövrünə 3 milyard 841,1 milyon manat təşkil edib.