2025-ci ilin mayın 1-nə Azərbaycan banklarının cəmi kredit portfeli 28 milyard 96,5 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 219,4 milyon manat (0,8%), ötən ilin sonu ilə müqayisədə 618,8 milyon manat (2,3%), illik müqayisədə 3 milyard 452 milyon manat (14%) böyüyüb.
Qeyd edək ki, cəmi kredit portfeli bu ilin aprelin 1-nə 27 milyard 877,1 milyon manat, yanvarın 1-nə 27 milyard 477,7 milyon manat, ötən ilin eyni dövrünə 24 milyard 644,5 milyon manat təşkil edib.