2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların faiz və onlara bağlı xərcləri 1 milyard 176,6 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların cəmi faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 402,6 milyon manat, yəni 52% artıb, lakin ötən ilin sonuna nəzərən 38,1 milyon manat, yəni 3,1% azalıb. Aylıq müqayisədə isə xərclər 156,1 milyon manat, yəni 15,3% yüksəlib.
Bu xərclərin ən böyük hissəsini təşkil edən depozitlər üzrə faiz xərcləri 827,5 milyon manata çatıb. Bu, illik müqayisədə 257,1 milyon manat, yəni 45,1% artım, ötən ilin sonuna nəzərən isə 77,9 milyon manat, yəni 8,6% azalma deməkdir. Son bir ayda bu xərclər 110,1 milyon manat, yəni 15,3% artıb. Bunun da tərkibində müddətli depozitlər üzrə xərclər 658,4 milyon manat olub ki, bu da illik 34,5% artım, lakin ilin sonuna nəzərən 15,5% azalma deməkdir.
Bankların maliyyə sektorundan cəlb etdiyi vəsaitlər üzrə xərcləri isə 184,8 milyon manat təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 59,3 milyon manat, yəni 47,2% artıb, lakin ötən ilin sonuna nəzərən 11,7 milyon manat, yəni 6,0% azalıb. Aylıq müqayisədə bu xərclərdə 23,1 milyon manat, yəni 14,3% artım qeydə alınıb.
Digər faiz xərcləri maddəsində isə bütün dövrlər üzrə artım müşahidə olunub. Bu xərclər 164,4 milyon manata çatıb. Bu, illik müqayisədə 86,4 milyon manat, yəni 110,8%, ötən ilin sonuna nəzərən 51,5 milyon manat, yəni 45,6%, aylıq müqayisədə isə 23 milyon manat, yəni 16,3% artım deməkdir.
Xatırladaq ki, bankların cəmi faiz xərcləri bu ilin avqustun 1-nə 1 milyard 20,5 milyon manat, ötən ilin sonunda 1 milyard 214,7 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 774,0 milyon manat təşkil edib.