2023-cü ilin 8 ayında banklar tərəfindən 187,4 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% və ya 51,7 milyon manat daha çoxdur.
Qeyd edək ki, 2022-ci ilin 8 ayında banklar tərəfindən 135,8 milyon manat məbləğində mənfəət vergisi ödənilib.