2024-cü ilin iyunun 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 milyard 245 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 224 milyon manat və ya 22% çoxdur.
2023-cü ilin iyunun 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 21 milyon manat olub.
Aylıq müqayisədə bankların kreditlərdən qazandıqları məbləğin həcmi 281 milyon (29,1%) artıb.
Bu ilin 1 may vəziyyətinə bu göstərici 964 milyon manat təşkil edib.