2023-cü ilin iyunun 1-nə Azərbaycan banklarının depozitləri 34 milyard 835,2 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Əmanətlərin 13 milyard 780 milyon manatlıq hissəsi xarici valyutada formalaşıb.
Ümumi depozit portfeli ötən ilin sonu ilə müqayisədə 2 milyard 156,5 milyon manat (6,6%), eyni dövrü ilə müqayisədə 285,1 milyon manat və ya 0,6% çoxdur.
Xarici valyutada formalaşan hissə ötən ilin sonu ilə müqayisədə 727,4 milyon manat (5%) azalıb, eyni dövrü ilə müqayisədə 501,9 milyon manat və ya 3,8% çoxdur
Qeyd edək ki, 2023-ci ilin sonuna bankların depozitləri 32 milyard 678,7 milyon manat həcmində olub. Onun 14 milyard 507,4 milyon manatı xarici valyutada olub.
2023-ci ilin sonuna iyunun 1-nə depozitləri 34 milyard 550,1 milyon manat həcmində olub. Onun 13 milyard 278,1 milyon manatı xarici valyutada olub