2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 32 174,2 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 800,5 milyon manat və ya 2,6% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 31 373,7 milyon manat olub ki, bu da illik müqayisədə 2 591,7 milyon manat və ya 17,4% azdır.
Ötən ilin müvafiq dövründə bu göstərici 14 895,7 milyon manat təşkil edib.